Ru
09:07 / 18 Mart 2024

Siqareti tərgitməyin 3 qızıl qaydası - Türkiyəli mütəxəssisdən

3761
Türkiyəli mütəxəssis, KOAH Xəstələri Dərnəyinin sədri Prof. Dr. Mecit Süerdem siqareti tərgitmək üçün 3 qızıl qaydanı açıqlayıb.




Bakupost.az təqdim edir:

Prof. Dr. Mecit Süerdem, "Birinci şey xoşbəxt siqaret çəkən olmamaqdır. Əgər hər siqaret çəkəndə özünü xoşbəxt hiss edirsə, o adamın siqareti atması mümkün deyil. Siqaret həyatınızın 20-25 ilinin itməsinə səbəb olur. 'Allah lənət eləsin, mən bunu niyə çəkirəm' deməyib, atmalısınız”, deyə əlavə edib.


Anidən siqareti atın: Azaltmaqla və ya elektron siqaretə keçməklə deyil

İkinci qızıl qaydanın birdən-birə siqareti tərgitmək olduğunu vurğulayan Süerdem, "İkincisi, siqareti birdən-birə atmaqdır. İnanın ki, onu azaltmaqla buraxmaq və ya elektron siqaretə keçmək kimi bu üsullar tövsiyə edilmir”, deyib.


Siqaretdən uzaq durun: Siqaret çəkən mühitlərdə olmayın.

Prof. Dr. Süerdem son olaraq üçüncü vacib qaydanın siqaretdən uzaq durmaq olduğunu vurğulayıb.

Ətrafındakı insanların siqareti tərgitmək istəyən insanlara dəstək verməsi lazım olduğunu ifadə edən Süerdem, "Üçüncü və çox vacib qayda, siqareti buraxdıqdan sonra da uzaq durmasıdır. Yaxınlığında siqaret olmayacaq, evdə siqaret çəkən olmayacaq. Dostlarına və ya ətrafına siqareti atdığını deyəcəksiniz", bildirib.


Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər