Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:31 / 06 Noyabr 2024

"Şlyapa Zahid": "Mən nə 42 milyon manatlıq kredit görmüşəm, nə də kredit ödəmişəm"

1516
Külli miqdarda mənimsəmədə ittiham olunan, Müdafiə Nazirliyinin sabiq əməkdaşı, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakupost.az -ın Oxu.az-a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən iclas təqsirləndirilən Z.Niftəliyevin vəkili Əli Adıgözəlovun suallarını cavablandırmaqla davam edib.

Zahid Niftəliyev "Atabank"da adına rəsmiləşdirilmiş 42 milyon manat kreditlə bağlı məsələyə aydınlıq gətirərək vurğulayıb ki, bundan xəbərsiz olub. Kreditin onun adına rəsmiləşdirilməsini isə keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişdikdən sonra öyrəndiyini deyib. Z.Niftəliyev Nəcməddin Sadıkovun göstərişi ilə sadəcə, müqavilələrə imza atdığını deyib. Kredit götürülən müddətdə Z.Niftəliyevin adından banka müxtəlif vaxtlarda müəyyən məbləğlərin ödənilməsi məsələsinə gəlincə isə bildirib ki, banka hər hansı borcun ödənilməsindən xəbəri olmayıb:

"Mənim adıma saxta şirkət açaraq əməliyyatlar aparıblar. Bunu hansı vicdansız edibsə, o da cavab versin".

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs olunub.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z.Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq "Atabank"dan götürülmüş 42 milyon manatlıq kredit üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq üçün "Şahin-CO" adlı şirkət yaradıb, şirkətin təsərrüfat və maliyyə vəziyyəti barədə "Atabank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "Atabank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə cinayət işi açılaraq, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar