Ru
14:33 / 01 İyul 2024

SOCAR Gürcüstanda yanacağı 2 lari etdi - Futbola görə

3856
Gürcüstanda bu gün saat 14:00-dan etibarən SOCAR-ın yanacaqdoldurma məntəqələrində 90 dəqiqəlik bütün növ yanacaqlar 2 lari (1 manat 21 qəpik) olacaq.

Bakupost.az xəbər verir ki, bu barədə SOCAR Georgia məlumat yayıb.

Belə ki, şirkət Gürcüstan millisinin AÇ-2024-ün 1/4 finalında İspaniya millisini məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 90 dəqiqəlik 2 lariyə (1 AZN 21 qəpik) endirəcəyi ilə bağlı paylaşım etmişdi.

Amma Gürcüstan yığması İspaniyaya 1:4 hesabı ilə uduzub. Buna baxmayaraq SOCAR milli komandanın mübarizəsinə görə yanacaq qiymətlərini 2 lariyə endirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər