Ru
15:37 / 03 Fevral 2023

"Son ümidimiz...." - Şəhid atalarını Bakıya üz tutmağa nə məcbur etdi? - VİDEO

15941
Yardımlı rayonundan olan şəhid ataları və yaxınları millət vəkili Sabir Rüstəmxanlıya müraciət ediblər.

Bakupost.az xəbər verir ki, millət vəkili ilə görüşən şəhid yaxınları rayonda vəziyyətin düzəlməsi, problemlərin həlli üçün ondan kömək istəyiblər.

Onlar bildiriblər ki, problemlərlə bağlı Prezident Administrasiyasına getməzdən əvvəl rayonun ağsaqqalı, ziyalısı kimi S.Rüstəmxanlıya üz tutublar.


Şəhid atası Vaqif Zeynalov deyib ki, rayonun ən böyük problemi qaz və yol məsələsidir:

“Biz Sabir müəllimin yanına ümid yeri kimi gəlib, ondan kömək istəyirik. Rayonumuzun ən böyük problemi qaz və yoldur. Qaz olmadığı zaman meşələr talan edilir, insanlar Yardımlını tərk edir. Bizim yol məsələmiz də var. Sabir müəllimdən xahiş etdik ki, həm yol, həm qaz məsələsində bizə yardım etsin. Düzdür, Yardımlıda problem çoxdur. İşsizlik, işıq, su problemləri olsa da, ən başlıcası bunlardır”.


Şəhid atalarını dinləyən S.Rüstəmxanlı isə vurğulayıb ki, rayonun qaz problemi hər zaman onu narahat edir:

“Mən həmişə Yardımlının problemləri ilə maraqlanmışam, bu barədə Milli Məclisdə və digər yerlərdə saysız-hesabsız çıxışlarım var. Mənim təşəbbüsümlə bəzi problemlər öz həllini tapıb. Amma qaz məsələsi, işsizliklə bağlı problemlər təəssüf ki, hələ də həllini hələ tapmayıb. Ola bilsin ki, bu yaxınlarda Baş nazirlə görüşüm oldu. Ona bu barədə məlumat verəcəyəm. Sizin bura gəlişinizi, narahatlığınızı da aidiyyəti qurumlara çatdıracağam”.


Daha ətraflı videomaterialda:





Elnur
BakuPost
Şərhlər
  • Səfər Səlimli

    Bəli düz deyirlər şəhid aylələri.Bizim ən nöyük dərdimiz bunlardı 1.işsizliy 2.bahalaşmaynan əlqeder insanlara verilən maaşlardır hədsiz dərəcədə cox aşağadır. 3,uşaq pulunun,yaş hətdi cox olmağın ücbatından insanların sayı cox aşağı həddədir. 4.Qazın ,yolun, işığın ,suyun olmamasındandır kənd yerlərindən millət köc edib başlarını götürüb qacırlar.Bunlarında qarşısını almaqcün hökümət numayendeleri təcili bir iş görməlidirlər onuda millətnən maraqlanmaq isteyirlərsə əgər.????????????

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər