Ru
20:30 / 04 İyun 2025

Stadionda izdiham: 10-dan çox insan öldü

Stadionda izdiham: 10-dan çox insan öldü
Eye

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Məlumata görə, minlərlə kriket həvəskarı son 18 ildə ilk dəfə Hindistan Premyer Liqasının qalibi olan yerli “Royal Challengers Bengaluru” komandasını qarşılamaq üçün “Çinasvami” stadionuna toplaşıb.

Amma tədbirdə iştirak etmək istəyənlərin sayı gözlənildiyindən daha çox olub. Belədə stadiona girişdə izdiham, basabas yaranıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə izdihamda çaxnaşma, eləcə də polislərin yaralıları, huşunu itirmiş insanları izadihamın içərisindən çıxararaq yaxınlıqdakı xəstəxanaya göndərdiyi görünür.

Yerli hakimiyyət orqanlarından hələlik ölən və yaralananların sayı ilə bağlı rəsmi məlumat yoxdur.

Qeyd edilir ki, izdihamda ölənlər arasında uşaq da olub, bir neçə nəfərin vəziyyəti isə ağırdır. Polis vəziyyəti nəzarət altına almaq üçün güc tətbiq etməli olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar