Ru
13:14 / 27 May 2025

"Sülh müqaviləsi imzalananda ermənilər Bakıda yaşaya bilər" - Simonyan

"Sülh müqaviləsi imzalananda ermənilər Bakıda yaşaya bilər" -  Simonyan
Eye

"Sülh müqaviləsi imzalananda ermənilər Bakıda yaşaya bilər".

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, tərəflər sülh dedikdə sadəcə salamlaşmağı nəzərdə tutmur: "Sülh müqaviləsinin imzalanmasından 5 dəqiqə sonra Ermənistan və Azərbaycan sakinləri ticarətə, bir-biri ilə ünsiyyətə və hər cür əməkdaşlıq etməyə başlayacaqlar".

Simonyanın fikrincə, cəmiyyətləri sülhə hazırlamaq lazımdır: "Qarabağ münaqişəsi zamanı hətta ticarət də olub. Qarabağın bəzi nümayəndələri azərbaycanlılara konyak satıb pul alıblar. Divar çəkəcəyik, salamlaşmayacağıq kimi nağıllarla yaşamayın.

“Qarabağ təmsilçiləri özlərinə yeni "prezident" seçirlər, bəyanatlar verirlər və buna cavab olaraq Azərbaycanın addımları nəzərə çarpır. Qarabağın nümayəndələri parlament sədri seçirlər, Azərbaycan isə gəlib Qərbi Azərbaycanı quracağam deyir. Bu bəyanatlar "Dağlıq Qarabağ nümayəndələri"nin atdığı addımlara Azərbaycanın güzgü cavabıdır".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar