Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.
Görüntüdə müəllim uşağı qəfil yerindən qaldırır, digər azyaşlını su qabını əlində tutmağa məcbur edir. Ardından məhz onun əli ilə uşağın başına zərbə endirir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
Bakupost.az -a verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.
Qeyd edək ki, "Kaspi Kids" uşaq bağçası "Kaspi" Təhsil Şirkətinin məktəbə hazırlıq bölməsidir və 2011-ci ildən fəaliyyətə göstərir. "Kaspi" Təhsil Şirkəti Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun ailə üzvlərinə məxsusdur.