Ru
15:35 / 30 Yanvar 2024

Sürücülər texniki baxış zamanı əlavə haqq ödəyəcək - Ekspert

2726
"Fevralın 1-dən etibarən Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək. Utilizasiya məbləği nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək. Yəni fevralın 1-dən etibarən sürüclər artıq texniki baxış zamanı əlavə utilizasiya haqqı ödəyəcəklər. Bu məqsədlə Utilizasiya Fondunun hesabı yaradılacaq. Fond sentyabr ayına qədər öz işlərini formalaşdıra biləcək. Bundan sonra isə vətəndaşlar avtomobillərini utilizasiyaya təqdim etdikdə, onlara ödəniş ediləcək. Sentyabr ayından etibarən utilizasiya prosesi başlayacaq”.



Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.


O qeyd edib ki, hazırda ölkədə 1,6 milyondan çox avtomobil rəsmi qeydiyyata alınıb. Amma bunun neçə faizinin istifadə olunduğu bəlli deyil:

“Məndə olan məlumata görə, təxminən 200 mindən çox nəqliyyat vasitəsi istismardan kənarda qalıb. Onların arasında müxtəlif texnikalar, kranlar, yük, minik avtomobilləri və sərnişin avtobusları da var. Onlar kiminsə həyətində, ya da cərimə meydançalarında çürüyür. Sahibləri mütləq ortaya çıxaraq ya onlardan imtina ərizəsi yazmalıdır, ya da könüllü şəkidə cərimə meydançasından götürməli və sənədləri ilə birlikdə Utilizasiya Fonduna təhvil verməlidir. Yaxud da Fondun əməkdaşları yerində aktlaşdırma aparmalı, nəqliyyat vəsaitəsini götürüb utilizasiyanı həyata keçirməlidir”.

Eksper vurğulayıb ki, hazırda bəzi cərimə meydançalarında 25 ildən çox saxlanılan nəqliyyat vasitəsi mövcuddur:

“Belə ki, 25 il əvvəl kiminsə övladı düşdüyü qəzada ölüb, ailəsi də maşını meydançada qoyub gedib. İndi isə onlar imtina ərizəsi yazmalı və rəsmi şəkildə avtomobili istəmədiklərini bildirməlidirlər. Lakin onlar maşını nə götürür, nə də belə bir ərizə yazırlar. Avtomobil isə bu illər ərzində çürüməyə məruz qalır və torpağa qarışır ki, bu da ətraf mühitin çirklənməsinə səbəb olur”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər