Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı 8 Noyabr Zəfər Günü münasibətilə xalqımızı və dünya azərbaycanlıları təbrik edib.
“Bu gün ölkəmiz, xalqımız, millətimiz və bütövlükdə dünya azərbaycanlıları üçün əlamətdar bir gündür. Bu gün Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində Qələbə qazanmasından iki il ötür.
2020-ci ilin noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə ermənilərin artıq beli qırılmış oldu. Bizim üçün və bütün Türk dünyası üçün müqəddəs olan Şuşa şəhərinin azadlığı ilə düşmən geriyə yolun olmadığını gördü və beləliklə, Azərbaycan Əsgərinin qarşısında diz çökərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da 8 Noyabr Azərbaycanımızın şanlı tarixinə qızıl hərflərlə həkk edildi.
Bu Zəfər təkcə ölkəmizin daxilində yaşayan azərbaycanlıların deyil, dövlətimizin hüdudlarından və sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da bayramıdır. Bu, Müzəffər Prezidentimizin ətrafında yumruq kimi birləşən dünya azərbaycanlılarının qələbəsidir. Biz Vətən müharibəsi zamanı xalq olaraq, harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının dəstəyini və birliyini görürdük. Məhz bu dəstək hər kəsə yalnız və yalnız şövq verirdi.
Milyonlarla azərbaycanlının Prezidenti olan cənab Ali Baş Komandanın siyasi iradəsi, qətiyyətli mövqeyi bizə iki ildir ki, bu sevincli günləri yaşatmaqdadır. Hər kəsin – güneyli-quzeyli dünya azərbaycanlılarının Zəfər bayramı mübarək olsun!”.
Qəribədir,Şuşanı işğal edən rus hərbiçiləri ola-ola hamı erməniləri ittiham edir.ermənilər nə vaxtdan qoçaq olublar?Şuşanın süqutu zamanı Ayaz Mütəllibovun da razılığı ilə Rusiyanın xüsusi təyinatlı qüvvələri iştirak edirdilər.Moskva oyunu elə qurmuşdu ki,Daşaltı pilləkanı tərəfdə pusquda dayanan rus hərbiçiləri aşağı düşmək istəyən Azərbaycan hərbiçilərini asanlıqla öldürürdü.Belə bir pusqunu sonralar Kəlbəcərdə Nacmuddin Sadıkovla polkovnik-leytenant,rus kəşfiyyatçısı Əzizağa Qənizadə qurdular.Ə.Qənizadənin xəyanəti nəticəsində iki mindən artıq Azərbaycan hərbiçisi qətlə yetirildi.Ə.Qənizadə Heydər Əliyevin göstərişi ilə həbs edilsə də sonradan Moskvanın tapşırığı ilə həbsdən azad edildi. Hətta,həbsdən çıxarılan cinayətkarı Nacmuddin Sadıkov Müdafiə nazirliyinin hərbi muzeyinə rəis təyin etdi.Ə.Qənizadə də muzeyə rəis təyin olunduqdan sonra ağlına gələn söz birləşmələrinə həvəskar musiqi qoşan Şahin Musaoğlu kimi çeynə-çürük musiqilər yazmaqla məşğul olur.Xırda bir qüsuru ciddi cinayətkarlıq səviyyəsinə yüksəldən Azərbaycan hüquq-mühafizə orqanları hərbiçilərimizin qətlini təşkil edən xainlərin heç birinə cəza tətbiq edə bilmir.