Ru
21:03 / 18 Oktyabr 2024

Tağı Əhmədov vəfat etdi

Tağı Əhmədov vəfat etdi
Eye

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Tağı Əhmədov uzun müddət idi şəkər xəstəliyindən əziyyət çəkirdi və ayaqları tutulmuşdu.

Xatırladaq ki, Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.

2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında partiyanın Veteranlar Şurasına üzv seçilib.

Zaur, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar