Ru
23:55 / 30 Aprel 2026

"Yeznəmiz anamı söydü, mən də yumruqladım" — Məhkəmə

"Yeznəmiz anamı söydü, mən də yumruqladım" —  Məhkəmə
Eye

Qusar rayonunda 23 yaşlı oğlan bacısının həyat yoldaşına xəsarət yetirib.

Bakupost.az Demokrat.az-a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Sərdar anası Səmayənin ünvanına nalayiq ifadələr işlətdiyinə görə yeznəsi Səmədlə (adlar şərtidir – red.) mübahisə edib.

Aralarında yaranmış mübahisə zamanı o, yeznəsinin üz nahiyəsinə yumruq zərbəsi ilə vurması nəticəsində ona xəsarətlər yetirib.

İş üzrə izahat verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, yeznəsi Səməd ailəsi ilə 2023-cii ildən Qusar rayonunun kəndində yerləşən fərdi yaşayış evində birlikdə yaşayıblar:

“Yeznəm dəfələrlə bizdən torpaq sahəsi istəyib. Məlum hadisə günü dostlarım ilə yaşadığım kənd ərazisində söhbət etdikdən sonra saat 19:00-da evə gəldim. Bu zaman anamın yeznəm ilə mübahisə etdiyini, yeznəmin anamın ünvanına nalayiq ifadələr işlətdiyini eşitdim. Buna görə Səmədə mobil telefon vasitəsilə zəng edərək evə çağırdım. Təxminən saat 19:30-da yeznəm evə gəldi. Bu vaxt onunla aramızda mübahisə yarandı. Mübahisə zamanı o, yenidən anamın ünvanına nalayiq ifadələr işlətdi. Bu səbəbdən onun üz nahiyəsinə yumruqla zərbə yetirdim. O, zərbənin təsirindən evin 1-ci mərtəbəsinə pilləkənlər vasitəsilə yıxıldı. Sonra isə evdən getdi”.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Qusar Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktı tədbiq edilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar