Ru
19:00 / 28 İyun 2024

“Taksi defisitdir, avtobusların sayı artırılmalıdır” - Ekspert

“Taksi defisitdir, avtobusların sayı artırılmalıdır” - Ekspert
Eye

“Taksilərlə bağlı qərardan sonra vətəndaşlar mənzil başına çatmaqda çətinlik çəkirlər. Taksi olmadığına görə onlar ictimai nəqliyyata - avtobus və metroya üstünlük verirlər”.




Bunu Bakupost.az -a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, taksilərlə bağlı qaydaları nəzərə alaraq, avtobuslarda yay rejiminə keçidi dayandırmaq olar:

“Yəni hazırda biz görürük ki, yay rejimi olsa, universitetlər çalışmasa belə, sıxlıq var və vətəndaşlarımız dayanacaqlarda avtobus gözləyirlər. Çünki taksi defsitdi və vətəndaşlar daha çox avtobuslara üstünlük verirlər. Yaxşı olardı ki, avtobus marşurutlarında intervalları uzatmaq əvəzinə, xəttə yeni avtobuslar buraxılsın və bununla bağlı özəl daşıyıcılar qarşısında tələblər qoyulsun. Amma təəssüf ki, bu gün özəl daşıyıcı şirkətlər bir çox hallarda müvafiq qurumların tövsiyələrini nəzərə almırlar”.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar