Ru
16:33 / 19 Yanvar 2023

Talıbovun oğlu ilə bağlı ilginc fakt: 15 yaşında BDU-ya necə qəbul olunub?

5609
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra medianın bir nömrəli personasına çevrilib. Yerli mətbuatda hər gün Vasif Talıbov və onun övladları Seymur Talıbovla Rza Talıbov haqqında yeni faktlar dərc olunur.


Bakupost.az bildirir ki, Qaynarinfo-ya da Seymur Talıbov haqqında maraqlı məlumat daxil olub.

Bildirilir ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2003-cü ildə Seymur Talıbovun 15 yaşı olub. Onun bu yaşda BDU-ya necə qəbul olunması bəlli deyil.

Sayt müxtəlif resurslar vasitəsilə bu faktı dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, Seymur Talıbovun rəsmi tərcümeyi-halında, eyni zamanda onunla bağlı anket məlumatlarında da 2003-cü BDU-ya qəbul olunduğu qeyd edilib.

Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. Eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatıdır. Vasif Talıbov istefa verdikdən sonra Seymur Talıbov da prorektor vəzifəsini itirib.


Şərhlər
  • Elcanli.

    Akademik Mirzecanzadenin heyatinda da bele hadise olub; V,Talibov kimi bir Dovlet Xadiminin ailesinde bele bir evladin yetishmesine ne shubhe olabiler ki?

  • t.ədalət

    Mağara adamlarından hər şey gözləmək olar.Bu təfəkkür hesabına kürdlər dünyanın terrorçularına çevriliblər.Çobana,süreücüyə general rütbəsi verilən ölkədə,hətta ana bətnində olan uşaq da universitet tələbəsi olar.B.Əyyubovun BDU-ya rektor keçirdiyi Vasonun adfamı Elçin Babayev də yoxlanılsa BDU-ya qəbul olunanlar arasında Seymurun yaşıdları tapıla bilər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər