Ru
10:53 / 12 Sentyabr 2025

TƏBİB-də yoxlamalarla bağlı rəsmi AÇIQLAMA

TƏBİB-də yoxlamalarla bağlı rəsmi AÇIQLAMA
Eye

Maliyyə Nazirliyi son günlər dövlət qurumlarında aparılan yoxlamalarla bağlı açıqlama yayıb.

Bakupost.az bildirir ki, nazirlikdən verilən məlumata görə, nəzarət tədbirləri qanunamüvafiq qaydada və planlı şəkildə həyata keçirilir.

“Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla bağlı bəzi media orqanlarında əsassız məlumatların dərc edilməsi müşahidə olunur. Yoxlamalar mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir.

Nəzarət tədbirlərinin nəticələri qanunvericiliyə uyğun olaraq mütəmadi şəkildə nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır. Media nümayəndələrindən nəzarət tədbirləri ilə bağlı yalnız rəsmi açıqlamalara istinad etmələri xahiş olunur”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, bir neçə gündür nazirlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıldığı bildirilir.

Şərhlər
  • Rauf mirzəyev adil oğlu

    Abşeron rayon qobu ailə sağlamlıq xəsdəxanasıda barədə tədbir görəsiniz

  • Rauf mirzəyev adil oğlu

    Allah Cənab nazirimiz Sahil babayev - ə kömək olsun Allah can sağlığı versin Cənab nazirə ki yoxlama aparır Abşeron rayon qobu qəsəbəsində işçilər iş işləmir oturub havayı pul alırlar xaiş edirəm Abşeron rayon qobu ailə sağlamlıq həkimləri barədə tədbir görəsiniz

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar