Ru
13:40 / 25 Sentyabr 2024

Tələbələrə geyimlə bağlı qadağa qoyula bilər? – “Müəllimin paylaşımı qeyri-etikdir”

Tələbələrə geyimlə bağlı qadağa qoyula bilər? – “Müəllimin paylaşımı qeyri-etikdir”
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib.

Pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin” sözlərini yazıb. Bu sözlərinə görə müəllim sosial şəbəkələrdə tənqid olunub.





Bəs tələbələr necə geyinməlidir? Onlar üçün vahid forma tətbiq edilə bilərmi? Müəllimin iradları doğrudurmu?





Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Bakupost.az –a açıqlama verib.


Ekspert bildirib ki, dövlət ümumtəhsil müəssisələrində təhsil alanların geyim forması Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli qərarı ilə təsdiqlənib:


“Yerdə qalan bütün təhsil müəssisələri, istər dövlət, istər özəllərin geyim formaları hər bir təhsil müəssisəsinin öz nizamnaməsi ilə müəyyən olunur.

Əvvəla, universitet müəlliminin paylaşımı qeyri-etikdir. Nazxanım müəllim Tibb Universitetinin Elmi Şurasının üzvüdür. Onun hüququdur ki, məsələ qaldırsın, universitetdə təhsil alanlar üçün geyim forması müəyyən olunsun. Elmi Şuranın qərarı təsdiq olunduqdan sonra hərhansı tələbənin bu qərarı pozması müəyyən intizam tənbehlərinə gətirib çıxaracaq. Nəticə etibarilə bu yolla məsələ həll oluna bilər. İstər Tibb Universitetində, istərsə də digər universitetlərdə geyim forması ilə bağlı qaydalar yoxdursa, o zaman tələbəyə hansısa məhdudiyyət qoyula bilməz.

Eyni zamanda, tələbələr də bilməlidirlər ki, təhsil müəssisəsinə gedirlər. Düşünürəm ki, təhsil müəssisələri geyim formaları ilə bağlı nizamnamələr tətbiq etməlidir. Qaydalar olarsa, nə müəllim qeyri-etik paylaşım edə, nə də tələbə uyğun olmayan geyimlə universitetə gələ bilər”.

Aygün
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar