Ru
13:48 / 17 Avqust 2024

Təltif edilənlərin 7-si qadındır - Siyahı

Təltif edilənlərin 7-si qadındır - Siyahı
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla bildirir ki, dövlət başçısının Sərəncamı ilə təltif edilən DSX hərbçiləri arasında 7 qadın var.

Onlardan polkovnik Şərifova Maya Kərəm qızı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Polkovnik Muradova Pərvanə Şamil qızı və mayor Abbasova Xəyalə Kamil qızı isə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıblar.

Bundan başqa, 4 qadın hərbçi “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib:

Məmmədova Günay Xaliq qızı – mayor;

Dadaşova Gültac Vahid qızı – kapitan;

Fərhadova Yeganə Ziyad qızı – kapitan;

Əsgərova Sevda Rasif qızı – baş gizir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar