Ru
09:28 / 12 Aprel 2023

Tesla-da qalmaqal - Müştərilərin şəxsi görüntüləri paylaşıldı

4317
“Tesla” avtomobillərindəki kameralar vasitəsiə müştərilərin şəxsi görüntülərini izlənir.

Bakupost.az xəbər verir ki, bunu şirkətin keçmiş işçiləri iddia edib.

Onlar bildrib ki, işçilər həmin görüntüləri söhbət qruplarında paylaşaraq müzakirə edib.

Bəzi görüntülər iki, bəziləri isə daha çox işçi arasında yayılıb.

İddiaya görə, bu hadisə 2019-2022-ci illər arasında baş verib.

İşçilər, şirkətdə istifadə etdikləri komputer proqramı vasitəsilə Tesla sahibinin harada yaşadığını aşkar edə bildiklərini deyib.

Lakin şirkət milyonlarla insanı əmin edib ki, görüntülərin məxfiliyi qorunur. Kameraların məqsədi avtopilot və parkinq kimi özünüidarə funksiyalarına kömək etməkdir.

O, həmçinin təhlükəsizlik məlumatları ilə bağlı nəqliyyat vasitəsi sahibi ilə əlaqə saxlamaq üçün nəzərdə tutulub.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər