Ru
14:30 / 12 May 2022

Təxribat törədən ermənilər təlimatı Rusiyadan alırlar - Hərbi ekspert

Təxribat törədən ermənilər təlimatı Rusiyadan alırlar - Hərbi ekspert
Eye

Sülh danışıqları ərəfəsində müxtəlif vaxtlarda ermənilər atəşkəsi pozaraq təxribatlara əl atırlar. Bu həm sülh danışıqlarını gecikdirir, həm də vəziyyəti daha da gərginləşdirir.


Ermənistandakı Qarabağ klanı Rusiya ilə razılaşıb yenidən Qarabağda təhlükə yarada bilərlərmi?


Məsələ ilə bağlı Bakupost.az -a hərbi-ekspert Üzeyir Cəfərov bildirib ki, artıq ermənilər Ermənistandan yox, birbaşa Rusiyadan təlimatlar alırlar:


“Qarabağda erməni tör-töküntüləri varsa, deməli, təhlükə həmişə olacaq. Nəzərə alsaq ki, Arayik Arutyunan və onun dəstəsi artıq Ermənistandan yox, birbaşa Rusiyadan təlimatlar alır. Burada sülhməramlılar böyük məsuliyyət daşıyırlar. Ona görə də tələb etməliyik ki, erməniləri qısa bir zamanda uzaqlaşdırsınlar. Əgər orada qalsalar, bir az da genişlənəcəklər və bizə əlavə problemlər yaradacaqlar. Çalışmaq lazımdır ki, onlar qısa bir müddətdə uzaqlaşdırılsın. Görünən odur ki, son vaxtlar onlar tapşırıqları birbaşa Rusiyadan alırlar. Bu tapşırıqlar Ermənistandan gələnlərlə icra olunur. Gərginlik bu gün də var, bundan əvvəl də olub, bundan sonra daha da çox olacaq”.




Ü. Cəfərovon sözlərinə bəzi məsələlərin qarşısı vaxtında alınmasa, əsgər və zabitlərimizin həyatı üçün növbəti təhlükələr yarana bilər:


“Bu gedişlə sülh məsələsi də gerçək görünmür. Biz ermənilərə xeyli imkanlar tanımışıq. Onlar bu imkanlardan sui-istifadə edirlər. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı imzalanandan qısa müddət sonra onlar Qarabağdan çıxardılmalı idi. Sonra biz gördük ki, Ermənistanın ardınca separatçılar, onların himayədarları həm Moskvada, həm Avropada baş qaldırmağa başladılar. İndi də tez-tez təxribatlara əl ataraq vəziyyəti gərginləşdirirlər. Ona görə də sülh sənədinin imzalanması hələ xeyli vaxt aparacaq. İndi dövrəyə Paşinyanın istefası, Ermənistanda aranı qatmaq kimi növbəti oyunlar buraxıblar. Bu gün Qarabağda sülh sazişinin taleyi Ukrayna-Rusiya müharibəsində Rusiyanın hansı nəticə əldə etməsindən asılıdı. Yəni, bu sənəd tezləşdirilə də bilər, yaxud uzun illər sonra imzalana bilərlər. Hələlik proseslər bu istiqamətdə gedir.



Ekspert Qazaxın 7 kəndinin qaytarılması məsələsinə də diqqət çəkib:


“Əslində, üçtərəfli bəyanatın ilkin variantında Qazaxın 7 kəndinin geri qaytarılması var idi. Sonra Moskva sənədin ilkin variantını bir qədər kənarda saxladı. Bu gün fərqli mənzərə ilə baş-başayıq. Amma Ermənistanla Azərbaycan arasında sülh sənədi imzalanadan sonra mütləq o 7 kənd də qayıdacaq. Bunun başqa variantı yoxdur”.


Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar