Ru
12:19 / 19 Yanvar 2022

Teymur Musayev səhiyyə naziri təyin edildi - SƏRƏNCAM

6568
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Bakupost.az -ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 2602 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 372) ləğv edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər