Braziliyada baş verən hadisə hər kəsi şoka salıb.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Kruz Pinto adlı gənc qadın yolda gördüyü falçıya taleyinə “baxdırıb”.
Falçı 27 yaşlı qadına 2 günə öləcəksən deyib. Falçı daha sonra Pintoya bükülmüş şokolad verib.
Qadın şokolad yedikdən bir neçə saat sonra özünü pis hiss edib və şiddətli mədə ağrısı, görmə qabiliyyətinin itirilməsi və qusma kimi narahatlıq keçirib.
Gənc bir gün sonra aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hadisədən sonra qadının falçı tərəfindən zəhərləndiyi açıqlanıb.
Araşdırma aparılır.
Aygün
BakuPost