11:23
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir.
"Bakupost" xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.
***
Xalq artisti Tofiq Bakıxanov dəfn olunub.
Mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Xatırladaq ki, Tofiq Bakıxanov avqustun 23-ü 96 yaşında vəfat edib.
Allah rəhmət eləsin! Böyük Sənətkarları illər ötdükcə haqq dünyasına yola salırıq! Onları kimlər əvəz edəcək?
Allah rəhmət eləsin.