Ru
09:45 / 22 Noyabr 2022

Tokayev yenidən Prezident seçildi

Tokayev yenidən Prezident seçildi
Eye

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.


Bakupost.az “TASS”a istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib.


“Beləliklə, dünən açıqlanan ilkin nəticələr təsdiq olunub”, - deyə Qazaxıstan MSK-nın rəhbəri Nurlan Abdirov qeyd edib.

Məlumata görə, Tokayevin andiçmə mərasimi noyabrın 26-sı baş tutacaq.

Qeyd edək ki, Tokayev 2019-cu ildə keçirilən seçkilərdə səslərin 70,96%-ni toplamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar