Bu gün günorta saatlarında Bakıda bir sıra fəallar aksiya keçirib. Bir saata yaxın davam edən aksiyada bir sıra şüarlar səsləndirilib.
DİN-in Mətbuat Xidmətindən
Bakupost.az -a bildirilib ki, aksiya zamanı hər hansı insident yaşanmayıb:
“Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”.