Ru
15:45 / 12 Oktyabr 2024

Qəzaya düşən müğənni ilə bağlı TƏBİB-dən AÇIQLAMA/FOTO

Qəzaya düşən müğənni ilə bağlı TƏBİB-dən AÇIQLAMA/FOTO
Eye

14.34

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Müğənni Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü və avtomobildə olan prodüser müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.


***

Hacıqabul rayon Muğan qəsəbəsində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1991-ci il təvəllüdlü (qadın cinsli) və 1996-ci il təvəllüdlü (kişi cinsli) şəxslərin hər birinə bədənin küt travması diaqnozu təyin edilib.

Onların zəruri tibbi xidmətlər göstərilib.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar