Ru
17:04 / 10 Aprel 2024

"Toylar kralı”nın xeyir-duasını vermişəm, hələ də ondan danışırlar - Kamran Həsənli

4025
“Toylar kralı”nın xeyir-duasını vermişəm, bütün dostlara uğurlar arzulayıram”.

Bunu Bakupost.az -a açıqlamasında aparıcı Kamran Həsənli deyib.

K.Həsənli “Toylar kralı” adının bir brendə çevrildiyini bildirib.

“Mənə verilişin təşkilatçıları zəng vurmuşdu və “Toylar kralı” adıyla yeni bir verilişə başlamaq istədiklərini dedilər. Mən də etiraz etmədim və xeyir-dua verdim. “Toylar kralı” verilişim uğurlu olduğu üçün indi də ondan danışırlar, aradan 15 il keçib”, deyə Həsənli bildirib.


Qeyd edək ki, MTV-də yayımına başlanan “Toylar kralı” proqramını Tarix Əliyev (Tolik) aparacaq. Tolik özü də açıqlaması zamanı “Toylar kralı” adına görə Kamran Həsənlidən icazə aldıqlarını bildirib. Müsabiqənin münsifləri isə Əməkdar artistlər Gülüstan Əliyeva, Cavanşir Məmmədov, müğənnilər Manaf Ağayev və Sahib İbrahimovdur.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər