Ru
09:18 / 17 Mart 2025

Tramp sabah Putinlə danışacaq

Tramp sabah Putinlə danışacaq
Eye

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə martın 18-i telefonla danışacağını bildirib.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, bununla bağlı o, Floridadan Vaşinqtona uçarkən təyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında bildirib.

Tramp söhbət zamanı Ukraynadakı münaqişə kontekstində ərazilər məsələsini gündəmə gətirmək, həmçinin Atom Elektrik Stansiyasına (AES) nəzarəti müzakirə etmək niyyətindədir.

“Biz bu müharibəni bitirə biləcəyimizi görmək istəyirik. Bəlkə bacarırıq, bəlkə də bacarmırıq, amma düşünürəm ki, bizim çox yaxşı şansımız var”, - deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Tramp sonuncu dəfə fevralın 12-də Putinlə telefonla danışıb

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar