Ru
13:55 / 21 İyun 2025

Trampın qərarını iki həftə gözləyə bilmərik - İsrail rəsmisi

Trampın qərarını iki həftə gözləyə bilmərik - İsrail rəsmisi
Eye

İsrailin Hayfa şəhərinin meri Yona Yahav bölgədə davam edən gərginlik fonunda ABŞ prezidenti Donald Trampın qərarını gözləməyin yolverilməz olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, o, mediaya açıqlamasında diplomatik səylərin bölgəyə sülh gətirməli olduğunu bildirib:


“Biz sülh istəyirik. Bu prosesin yekununda sülh sazişi imzalanmalıdır”, – deyə o qeyd edib.

Jurnalistin Trampın qərar vermədən əvvəl iki həftə gözləmə planı ilə bağlı sualına cavabında mer bu müddəti çox hesab etdiyini vurğulayıb:

“Bu, çox uzun vaxtdır. Bizim gözləməyə vaxtımız yoxdur. Siz özünüz də görürsünüz, bu müddətdə nələr baş verir. Dağıntılar davam edir.”

Yahav tərəfləri dərhal danışıqlar masasına oturmağa və sülh sazişi imzalamağa çağırıb.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar