Ru
15:08 / 29 Yanvar 2025

Türk dünyasının liderləri Bakıda TOPLANACAQ

Türk dünyasının liderləri Bakıda TOPLANACAQ
791

Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq.

Bakupost.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Zirbə görüşünün tarixi dəqiq açıqlanmayıb.

Hakan Fidan əlavə edib ki, qeyri-rəsmi Zirvə görüşü Macarıstanda keçiriləcək.

Xatırladaq ki, TDT-nin 11-ci Zirvə görüşü ötən il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub.

Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə qurumun müşahidəçi üzvləridir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar