Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:25 / 28 Noyabr 2024

Türk komandaları Avropa Liqasında növbəti sınağa çıxacaq - OYUN SAATI

1144
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində V turun oyunları keçiriləcək.

Bakupost.az xəbər verir ki, Türkiyə təmsilçiləri də Liqa mərhələsində növbəti matçlarına çıxacaqlar.


"Qalatasaray" Niderlandda "AZ Alkmaar"ın qonağı olacaq. "Beşiktaş" İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə qarşılaşacaq. Siyasi məsələlərə görə bu görüş Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda oynanılacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

"Fənərbağça" isə Çexiyada "Slaviya" (Praqa) komandası ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" 10 xalla 3-cü, "Beşiktaş" 6 xalla 18-ci, "Fənərbağça" isə 5 xalla 21-ci sırada qərarlaşıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar