Ru
18:44 / 05 İyul 2025

Türk Mədəniyyəti və İrsi Fondu AMEA-ya kitablar bağışladı - Foto

Türk Mədəniyyəti və İrsi Fondu AMEA-ya kitablar bağışladı - Foto
Eye

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Kitabxananın direktoru Hüseyn Hüseynovun iştirakı ilə görüş baş tutub.

Bakupost.az xəbər verir ki, görüş çərçivəsində Türk dünyasının zəngin və çoxəsrlik mədəni-tarixinin təbliği və qorunub saxlanılmasına xidmət edən Fond tərəfindən nəşr olunmuş müxtəlif kitablar Kitabxanaya hədiyyə olunub.

Tərəflər qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini vurğulayıblar.

Kitablarla yaxından tanış olan Hüseyn Hüseynov, Fondun prezidenti Aktotı Raimkulovaya Kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verib, kitabxana daxilində kiçik ekskursiya təşkil edərək onun strukturu və xidmətləri ilə tanış edib.

Görüşün sonunda Mərkəzi Elmi Kitabxananın Diplomatik fondu daxilində Türk Mədəniyyəti və İrsi Fonduna həsr olunacaq xüsusi guşənin yaradılması qərara alınıb.

Bu təşəbbüs gələcəkdə Türk dünyasının zənginmədəni irsinin daha geniş təbliği üçün mühümplatforma olacaq.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar