İstanbulda 4,3 bal gücündə zəlzələ baş verib.
Bakupost.az xəbər verir ki, zəlzələ saat 20:33-də Mərmərə dənizinin Büyükçekmece sahillərində 4,3 bal gücündə hiss olunub.
Tektonik hadisə yerin 7,01 kilometr dərinliyində baş verib. Esenyurt, Büyükçekmece və Arnavutköydə yeraltı təkanları hiss edən vətəndaşlar evlərini tərk edərək, küçələrə axışıblar.
Aygün, BakuPost