Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı İzmirin Seferihisar və Menderes bölgələrində meşə yanğınlarının ciddi şəkildə davam etdiyini, Manisa Akhisar, Hatay Antakya, Aydın Sultanhisar və Muğla Bodrumda da yanğınlara qarşı mübarizənin davam etdiyini bildirib.
Bakupost.az "TRT Haber"ə istinadən xəbər verir ki, ölkə üzrə 13 böyük yanğınla mübarizə aparılıb, onlardan 6-sı hələ də aktivdir.
Akhisardakı yanğının güclü küləyin təsiri ilə yayıldığını vurğulayan nazir, Seferihisar və Menderesdə də küləyin söndürmə işlərini çətinləşdirdiyini söyləyib.
İbrahim Yumaklı Sultanhisarda bu gün günorta saatlarında yeni yanğının başladığını, Bodrumda da bir neçə saat öncə yanğınla bağlı məlumat daxil olduğunu deyib.
Onun sözlərinə görə, Akhisardakı yanğına 3 təyyarə, 7 helikopter, 43 yanğınsöndürən avtomobil və 900-ə yaxın şəxsi heyətlə müdaxilə edilir. İzmirin Seferihisar və Menderes bölgələrində isə 4 təyyarə, 14 helikopter və 106 yanğınsöndürən avtomobil, minlərlə işçi cəlb olunub.
12 yaşayış məntəqəsi ehtiyat məqsədilə təxliyə olunub.
Aysel,
BakuPost