Ru
21:02 / 15 Fevral 2025

Türkiyədə mikroavtobus aşdı: 25 yaralı

Türkiyədə mikroavtobus aşdı: 25 yaralı
Eye

Türkiyənin Təkirdağ şəhərinin Muradlı rayonunda fabrika işçilərini daşıyan xidməti mikroavtobus aşıb.

Bakupostr.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Məlumata görə, qəza Muradlı-Böyükqarışdıran şosesində kimya zavodu yaxınlığında baş verib. Zavod işçilərini daşıyan sərnişin mikroavtobusu yağışlar səbəbindən sürüşkən olan yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtobusdakı 24 işçi yaralanıb.

Bildirilib ki, məlumat əsasında hadisə yerinə altı təcili yardım və iki yanğınsöndürən maşını göndərilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar