Ru
17:58 / 03 Fevral 2023

"Türkiyədə terror olacağına dair təbliğatın səbəbi..." - Tofiq Abbasovun şərhi

2284
Məlum olduğu kimi, Almaniya, Niderland, Fransa, Belçika, Hollandiya, Britaniya və İsveçrə daxil olmaqla 9 ölkə İstanbuldakı baş konsulluqlarını bağlayıb.

Onlar bunun səbəbini təhlükəsizlik amili ilə bağlayıblar. Bu addım Türkiyə tərəfinin narazılığına səbəb olduğu üçün həmin ölkələrin səfirləri Türkiyə XİN-nə çağırılıb və izahat istənilib. Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə konsulluqların bağlamasını “psixoloji təzyiq” kimi dəyərləndirib.


Nə baş verir: doğrudanmı həmin ölkələrin konsulluqlarına təhlükə var, yoxsa bu addım Türkiyəyə təzyiq məqsədilə atılıb? Bu təzyiqin səbəbi nədir?



Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, bu addım Qərb təşkilatlarının birgə əməliyyatıdır.

"Onlarda belə kollektiv surətdə hazırlanmış gedişlər olur. Bir qayda olaraq çalışırlar üzdə olan müsəlman dövlətlərinə qarşı psixoloji təsirlər göstərsinlər”, - Tofiq Abbasov vurğulayıb.

Politoloq Türkiyənin XİN-nin mövqeyini doğru hesab etdiyini bildirib:

"Türkiyə çox sadiq dövlətdir. Digər tərəfdən, son illər ərzində onun beynəlxalq arenada gücləndiyinin şahidi oluruq. Bütün əsas komponentlər üzrə - istər hərbi, istər diplomatik, istər iqtisadi cəhətdən Türkiyənin potensialı artır. Nahaq yerə deyildi ki, bir müddət əvvəl Türkiyə lirəsinə qarşı sanki “səlib yürüşü” tətbiq edildi. Qərb institutları çalışıb onu zəiflətdilər. İndi isə belə bir gedişlə Türkiyənin üzərinə qara buludları gətirirlər. Belə rəy yaratmağa çalışırlar ki, guya orda vəziyyət qeyri-sabitdir. Bu məsələni həm də qarşıdan gələn seçkilər fonunda dəyərləndirmək lazımdır. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi AKP-nin ölkə daxilində mövqeyi kiyafət qədər güclüdür. Buna görə də çalışırlar insanlarda təşviş yaratsınlar, Türkiyə hakimiyyətinin, eləcə də ölkənin beynəlxalq aləmdəki nüfüzuna xələl gətirsinlər. Lakin bu gedişlər hamısı əbəsdir. Çünki öz məramı ilə inkişaf edən Türkiyə belə cılız təxribat önündə nə geri çəkiləcək, nə də təslim olacaq".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər