Ru
12:58 / 18 Oktyabr 2026

Türkiyədən Azərbaycana dəstək aksiyası - FOTO

Türkiyədən Azərbaycana dəstək aksiyası - FOTO
Eye

X platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" (Ərəbləşməyəcəyik) həştəqi ilə çoxsaylı paylaşımlar edirlər.


"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, bu həştəq altında istifadəçilər türk kimliyi, mədəniyyəti və adət-ənənələri ilə bağlı fikirlərini bölüşürlər.

Paylaşımlarda Azərbaycanla həmrəylik mesajları da yer alır. Bir sıra istifadəçilər "Türk xalqı olaraq Azərbaycan xalqının yanındayıq" sözlərini yazaraq iki xalq arasındakı qardaşlıq münasibətlərinə diqqət çəkirlər.

İstifadəçilərin bir qismi Türkiyə ilə Azərbaycanın ortaq köklərinə və mədəni yaxınlığına istinad edirlər.

Həştəq çərçivəsində bəzi istifadəçilər ərəb və türk mədəniyyətləri arasındakı fərqlərlə bağlı fikirlərini bölüşür, türk kimliyinin və adət-ənənələrinin qorunmasının vacibliyini vurğulayırlar.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar