Ru
15:24 / 07 İyun 2025

Ukrayna bəyan etdi: Kursk istiqamətində Rusiyanın "Su-35" qırıcısını vurduq - Video

Ukrayna bəyan etdi: Kursk istiqamətində Rusiyanın "Su-35" qırıcısını vurduq - Video
Eye

Ukrayna Hərbi Hava Qüvvələri iyunun 7-də səhər saatlarında Rusiyanın "Su-35" qırıcısını vurduğunu iddia edib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna hərbçiləri "Telegram" kanalında paylaşım ediblər.

"Bu gün səhər saatlarında Hərbi Hava Qüvvələrinin Kursk istiqamətində uğurlu əməliyyatı nəticəsində Rusiyanın "Su-35" qırıcısı vurulub", - deyə paylaşımda bildirilib.

Həmçinin məhv edilən və qəzadan sonra alovlanan təyyarənin videosunu dərc ediblər.

Ukrayna HHQ iddia edir ki, görüntülərdə Rusiyanın "Su-35" təyyarəsinin Kursk istiqamətində vurulması əks olunub.

Hadisə ilə bağlı təfərrüat açıqlanmayıb. Rusiya tərəfi hələlik məsələni şərh etməyib.

Eyni zamanda, KİV-də yayılan xəbərlərə görə, Rusiya hərbi aviasiyasında ixtisaslaşmış "Fighterbomber" kanalı "Su-35S" təyyarəsinin itirildiyini təsdiqləyib. Kanalın məlumatına görə, pilot xilas edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar