Ru
22:10 / 18 Mart 2024

Ukrayna cəbhəsində gərginlik: ruslar bütün gücü ilə hücuma keçib

1685
"Son 24 saat ərzində rus işğalçıları cəbhənin demək olar ki, bütün istiqamətlərində hücuma keçiblər".

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam hesabatında bildirib.

Qeyd olunur ki, gün ərzində 56 hərbi toqquşma qeydə alınıb:

"Kupyansk istiqamətində düşmən Xarkov vilayətinin Sinkovka yaşayış məntəqəsi ərazisində Müdafiə Qüvvələrinin mövqelərinə 3 uğursuz basqın həyata keçirib. Liman istiqamətində əsgərlərimiz Donetsk vilayətinin Ternı kəndi ərazisində düşmənin 4 hücumunu dəf edib. Burada düşmən qoşunlarımızın müdafiəsini yarıb keçməyə cəhd edirdi".

Məlumatda bildirilir ki, Ukrayna ordusu Baxmut istiqamətində Donetsk vilayətinin İvanovskoye, Klişeevka, Andreyevka yaşayış məntəqələri ərazilərində rusların 7 hücumunu dəf edib:

"Avdeyevski istiqamətində müdafiəçilərimiz Donetsk vilayətinin Berdiç, Orlovka, Tonenkoye, Nevelskoye yaşayış məntəqələri ərazilərində düşmənin 7 hücumunu dəf ediblər.

Baş Qərargahdan verilən məlumata görə, Novopavlovsk istiqamətində müdafiə qüvvələri Krasnoqorovka, Georgiyevka, Novomixailovka, Vodyanoye, Urojaynoye yaşayış məntəqələri ərazilərində düşmənin qarşısını kəsib. Onlar burada aviasiyanın dəstəyi ilə qoşunlarımızın müdafiəsini yarmaq üçün 21 dəfə cəhd ediblər.

Orexovski istiqamətində də düşmən aviasiyanın dəstəyi ilə Donetsk vilayətinin Staromayorskoye və Zaporojye vilayətinin Robotino yaşayış məntəqələri rayonlarında müdafiəçilərimizin mövqelərinə 7 dəfə hücum edib, 15-ə yaxın yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub".

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər