Rusiya qoşunları cari ilin mayında 2022-ci ilin sonundan bəri digər aylarla müqayisədə daha çox Ukrayna ərazisini tutub.
Bakupost.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" nəşri məlumat yayıb.
Bildirilir ki, Rusiya ötən payızda olduğu kimi son aylarda öz irəliləyişinin tempini sürətləndirə bilib:
"Rusiya Kiyevi əslində kapitulyasiyaya bərabər olan tələblərinə razı salmağa məcbur etməkdən ötrü ön cəbhədə ciddi uğurlar qazanmağa can atır. Ukrayna isə Rusiyanı dayandırmaq və Kremli atəşkəs razılaşmasının bağlanmamasının bədəlinin çox yüksək olduğuna inandırmaq üçün ona kifayət qədər zərər yetirmək istəyir".