Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə apardıqlarını və Rusiyanın nəzarəti altında olan Ukrayna torpaqlarını geri alacaqlarını bildirib.
Bakupost.az xəbər verir ki, Zelenski tərəfdaş ölkələri Ukraynaya silah yardımı etməyə və bu işdə sürətli olmağa çağırıb:
“Bu gün İngiltərədən yaxşı bir nümunə oldu. Yeni müdafiə yardım paketi açıqlandı. Əsl bizə lazım olan şeylər. Tanklar, zirehli maşınlar, artilleriya”.
Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə apardıqlarını vurğulayan Zelenski sözlərini belə davam etdirib:
“Mən əminəm ki, Ukrayna bayrağı Donetsk Hava Limanına, Donetskə və Donbasımızın digər şəhərlərinə, kəndlərinə və digər müvəqqəti işğal olunmuş ərazilərə qayıdacaq. Müvəqqəti açar bir sözdür. Ukrayna özünə aid olanı geri alacaq”.
Ləman Hüseynzadə
Bakupost
Zelinski Atatürkdən sonra öz millətinin təkrarsız sərkərdəsi oldu.Tarix bu şəxsi unutmayacaq.Həyatını Ukrayna uğrunda mübarizənin risklərinə atan bu şəxs heç bir milli sərvətin oğrusu olmadı.Onun üçün yol xalqa gərəklik yolu oldu.Zaman gələcək ,bu adamın abidəsi önünə gül qoymaq üçün dünyanın hər yerindən gələcəklər.Hakimiyyətdə olanların təpkisi ilə deyil,insanlar ürəklərinin istəyi ilə Taras Şevçenkonun arzularını reallaşdıran bu adamın önünə çiçəklər düzüb, baş əyəcəklər.