Ru
15:25 / 12 Mart 2022

Ukraynada azərbaycanlı əsgər həlak oldu: 1-i yaralandı - FOTO

Ukraynada azərbaycanlı əsgər həlak oldu: 1-i yaralandı -  FOTO
Eye

Ukraynada daha 1 azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Eyyubov Elnur Asəf oğlu snayperdən baş nayihəsinə açılan atəş nəticəsində həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Əliyev Raqif Vaqif oğlu isə ağır yaralanıb.

Onların hər ikisi Ukrayna vətəndaşlarıdır.

Həlak olan azərbaycanlı yaralı həmyerlisinin qucağında keçinib. Yaralı həmvətənlimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.


yaralanan Əliyev Raqif

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar