Ru
21:51 / 04 Yanvar 2025

Ukraynadan atılan bütün ATACMS-lar vuruldu - Rusiya MN

Ukraynadan atılan bütün ATACMS-lar vuruldu - Rusiya MN
Eye

S-400 zenit-raket kompleksinin və Pantsir-SM zenit-raket kompleksinin ekipajları Belqorod vilayətində Ukrayna ərazisindən atılan ABŞ istehsalı olan bütün ATACMS operativ-taktiki raketlərini məhv edib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

MN-in məlumatına görə, Ukrayna Silahlı Qüvvələri yanvarın 3-də hücuma cəhd edib:

“Raket əleyhinə döyüş zamanı S-400 zenit-raket kompleksinin və Pantsir-SM zenit-raket kompleksinin ekipajları bütün ATACMS raketlərini vurublar”.

Rusiya MN qeyd edib ki, Kiyev rejiminin Qərb kuratorları tərəfindən dəstəklənən hərəkətlərinə cavab olaraq cavab tədbirləri görüləcək.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar