“Ali təhsil müəssisələrinin idarəetmə sistemində hələ də inzibati nəzarət sistemi akademik özünüidarəetmə sistemi ilə müqayisədə üstünlük təşkil edir”.
Bu fikri
Bakupost.az -a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, dövlət universitetləri hələ də tabeli təşkilatlar kimi qəbul edilərək əsasən inzibati yolla idarə olunur. İl ərzində universitetlər tərəfindən icrası məcburi olan çoxlu sayda əmrlər, sərəncamlar və tövsiyyələr qəbul olunur. Univesitetlərin müasir idarəetməsi sistemində onların birbaşa tənzimlənməsindən imtina edilir və haqlı olaraq bu kimi tənzimləmələr zərərli və təhlükəli hesab edilərək ümumiyyətlə qəbul edilmir.
Sevinc
BakuPost