Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:26 / 27 İyun 2024

Utilizasiyaya hansı maşınlardan başlanılır? - Açıqlama

11778
Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılıb. Bununla bağlı Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov bildirib.


Bəs, ilk növbədə hansı avtomobillər dövriyyədən çıxarılacaq?





Bakupost.az -ın sualını nəqliyyat üzrə ekspert Ərşad Hüseynov cavablandırıb.

Onun sözlərinə görə, utilizasiya prosesində ilkin olaraq istismara yararsız, müasir tələblərə cavab verməyən avtomobillərin dövriyyədən çıxarılması nəzərdə tutulub:


“Əsas hədəf budur. Amma utilizasiya könüllü bir prosesdir. Yəni kiminsə avtomobilini əlindən almaq kimi bir hədəfi yoxdur. Utilizasiya prosesi elə bir işdir ki, burda onu tamamlayacaq, şərtləndirəcək xeyli işlər var və onlardan biri ictimai nəqliyyatın inkişafıdır. Ölkəmizdə ictimai nəqliyyat daha sürətlə inkişaf eləsə, komfort və digər kriteriyalarla bağlı məsələlər qaydasında olsa, bu proses daha uğurlu olacaq. Əgər ictimai nəqliyyat yerində saysa, hətta bir az geriyə getsə, insanlar məcbur olacaq ki, əllərində nə varsa, onda istifadəyə davam etsinlər. Yəni, o halda utilizasiya prosesi uğurlu olmayacaq”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
  • İsrail Elyazov

    Hər bir nəqliyyat vasitəsinin illik amortizasiya ayırmaları norması olmalıdır.Əgər avtomobilin il/amir. ayırması norması 4 faiz olarsa. Bu maşın Texniki qulluq və təmir sisteminə düzgün əməl olunarsa avtomobil 25 il istismardan sonra utilizasiya oluna bilər. Bu zaman avtomobilin ümumi yürüşündən də istifadə olunmalıdır. Avtomobilin yürüşünə görə TQ və təmir əməliyyatları aparılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar