Ru
08:14 / 09 Oktyabr 2023

Üzüm tumlarının inanılmaz faydası - Xəstəlikləri unudun

Üzüm tumlarının inanılmaz faydası -  Xəstəlikləri unudun
Eye

Alimlər üzüm tumlarının çox faydalı olduğunu vurğulayırlar.

Bakupost.az xəbər verir ki, tərkibində resveratrol adlı antioksidant olan üzüm bədəni qalxan kimi qoruyur.

Zərərli hüceyrələrlə mübarizə aparan üzüm, nizamlı və nəzarətli şəkildə yeyildikdə xəstəlikləri sağaldır.

Üzüm suyu, üzüm bəkməzi, üzüm sirkəsi kimi bir çox şəkildə qəbul edilə bilən meyvənin porsiya ölçüsünü aşmamaq vacibdir.

Hər gün bir kasa üzüm yesəniz nə olar...

Üzümdə ürək sağlamlığını dəstəkləyən kalium və lif var.

Üzüm C vitamini və digər antioksidantlarla zəngindir. Bu qidalar immunitet sisteminizi gücləndirə və xəstəliklərə qarşı müqavimətinizi artıra bilər.

Üzümdə olan antioksidanlar dəri sağlamlığını dəstəkləyir, qocalmanın qarşısını alır.

Üzümdə göz sağlamlığı üçün vacib olan beta-karotin var.

Gənclik qidası sayılan üzüm çəyirdəyi gündə iki dəfə müntəzəm olaraq udulduqda hüceyrələrin yenilənməsinə kömək edir. Mədə turşusunu balanslaşdırır. Ağrı və spazm riskini azaldır.


Aygün
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar