Vatsapda birdəfəlik səsli mesajlar göndərmək mümkün olacaq.
Bakupost.az xəbər verir ki, vatsap səsli mesajlar üçün foto və videolarda gördüyümüz birdəfəlik mesaj funksiyasını da təqdim edib.
Yeni funksiya ilə artıq səsli mesajlara bir dəfə baxmaq olar. Başqa sözlə, səs yazısı göndərdiyiniz şəxs və ya insanlar tərəfindən dinlənildikdən sonra yox olacaq.
Həmçinin, onu göndərdiyiniz şəxs dinləyərkən təsadüfən səsli mesajı söndürsə, o, mesaja yenidən daxil ola bilməyəcək.
Vatsap bildirir ki, birdəfəlik səsli mesajlar “yaxın günlərdə” bütün dünyada yayılacaq.
Birdəfəlik səsli mesaj üçün:
Söhbəti açın.
Səs yazma düyməsini basın.
Sağdakı "1" deyən düyməni vurun.
Aygün
BakuPost