İranın Ali Rəhbəri Seyid Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yeni baş komandan təyin edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Təbriz-Turan" Tleleqram kanalı bildirib.
Qeyd olunur ki, bu posta general Sərdar Vəhidi təyin edilib.
Xatırladaq ki, İsrailin həyata keçirdiyi hücumlar nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami həlak olub. Bu barədə ilk məlumatı İranın “Mehr” agentliyi yayıb və daha sonra dövlət televiziyası tərəfindən təsdiqlənib.
Bu arada İranın Ali Rəhbəri Əli Xameneinin Həbibullah Səyyarini İran Silahlı Qüvvələrinin müvəqqəti qərargah rəisi təyin etdiyi də bildirilir. Qeyd edək ki, bu postu tuan Məhəmməd Baqeri də öldürülüb.
Zaur,BakuPost