Ru
22:00 / 30 Sentyabr 2022

Xəstə ürəyimə qulaq asıram...

2337

Bakupost.az "Gecə pıçıltıları" rubrikasında çağdaş fars poeziyasının görkəmli simalarından biri olan Füruğ Fərruxzadın "Hürkmüş adam" adlı şeirini təqdim edir:




Özüm də bilmirəm, nə istəyirəm,
Nəyin arxasınca düşürəm hər gün,
Yorğun baxışlarım nəyi axtarır,
Görən əldən düşüb ürək nə üçün?



Daha yan gəzirəm dostlarımdan da,
Sakitcə hamıdan indi qaçıram,
Dalmış bu gözlərim qaranlıqlara,
Xəstə ürəyimə qulaq asıram.



Qaçıram zahirdən dosttək görünüb
Qəlbində düşmənlik edən kəslərdən,
Riyakarcasına gülüb üzümə
Dalımca torbamı tikən kəslərdən,



Şeirimi eşidib mənim üzümə
Bir tər çiçək kimi açılanlardan,
Amma xəlvətlərə çəkilən zaman
Mənə dəli deyə ad qoyanlardan.



Ah, könlüm, ay mənim divanə könlüm,
Səni yandırdı bu biganəliklər.
Daha heç kim üçün ağlama, bəsdir
Bu dəliliklər, bu divanəliklər.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər