Xəzərdə balıqlar kütləvi tələf olur - Rəsmi açıqlama - VİDEO
4564
Xəzər dənizində balıqlar kütləvi şəkildə tələf olur.
Bakupost.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən dalğaların tələf olunan xeyli sayda balığı sahilə vurduğu aydın olur.
Ekologiya və Təbii Sərvətlər Nazilriyindən məsələ ilə bağlı açıqlama veriblər.
“Su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək, 2.2-2.5 mq/litrədək (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub" - ETSN-nın açıqlamasında bildirilir.