Ru
15:46 / 17 Aprel 2023

Xiaomi-dən möhtəşəm yenilik - Avtomobillərin ön şüşələri tamamilə ekranlaşdırılacaq

4334
“Xiaomi” şirkətinin avtomobillərin ön şüşələrini ekrana çevirən patenti ortaya çıxıb.

Bakupost.az xəbər verir ki, şirkətin Çin Əqli Mülkiyyət İdarəsinə bununla bağlı müraciəti təsdiq edilib.

Patentin məzmununa baxıldıqda avtomobillərin ön hissəsindəki şüşələrin ekrana çevrildiyi görünür.

Şüşənin altına quraşdırılmış ekran texnologiyası sayəsində sürücülər şüşə ekrandakı təsvirləri həm toxunma, həm də səslə idarə edə biləcəklər.

Eyni zamanda, ekrandakı şəkillərin ölçüsü və şəffaflığı kimi bir çox fərdiləşdirmə xidmətləri də sürücülərə təqdim ediləcək.

Sürücülər ekrandan istifadə edərək naviqasiya və əyləncə məzmunlu proqramlara daxil ola biləcəklər.

Xiaomi-nin bu texnologiyanı nə vaxt istifadəyə verəcəyi ilə bağlı hələki heç bir məlumat yoxdur.

Qeyd edək ki, “Xiaomi” 2021-ci ildə Çində elektrikli avtomobil istehsal edəcək şirkətlər arasına daxil olub.

Avtonom idarəetmə təşəbbüsünün birinci mərhələsində Çində 140-dan çox avtomobilin sınaqdan keçirilməsi planlaşdırılıb.

Şirkət 2024-cü ilə qədər bu sahədə lider olmağı hədəfləyir.



Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər