Ru
22:13 / 10 İyul 2024

Xırdalanda yanğın: 12 nəfər təxliyə edildi

Xırdalanda yanğın: 12 nəfər təxliyə edildi
Eye

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Bakupost.az FHN-ə istinadən xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onbeşmərtəbəli yaşayış binasının 9 və 10-cu mərtəbələrarası şaxtadan keçən naqillər 3 p.m. yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar